Ru
22:01 / 08 Aprel 2025

Mask Trampın müşavirini "axmaq" adlandırdı - Ağ Evdən REAKSİYA

Mask Trampın müşavirini "axmaq" adlandırdı - Ağ Evdən REAKSİYA
Eye

Ağ Evin mətbuat katibi Karolin Levitt brifinq zamanı ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu “sadəcə axmaq” adlandırmasını şərh edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Levitt "Mask və Navarro ticarət və tariflər haqqında çox fərqli baxışları olan iki insandır" deyib

"Oğlanlar həmişə oğlan olacaqlar və qoy onlar hər şeyi açıq şəkildə həll etməyə davam etsinlər", - deyə Ağ Evin mətbuat katibi vurğulayıb.

Spiker həmçinin bu vəziyyətin Tramp administrasiyasının “tarixin ən açıq administrasiyası” olduğunu göstərdiyini və buna görə təşəkkür etmək lazım olduğunu deyib.

Bundan əvvəl Mask "Tesla"nın elektrik avtomobili komponentlərinin əhəmiyyətli hissəsini xaricdən alması ilə bağlı açıqlamasına cavab olaraq X sosial şəbəkəsində ABŞ prezidentinin ticarət və istehsal üzrə müşaviri Piter Navarronu “sadəcə axmaq” adlandırmışdı.

Navarro daha əvvəl Maskın istehsalçı deyil, elektrik avtomobillərinin montajçısı olduğunu iddia etdiyi bir video yayımlamışdı. Onun sözlərinə görə, "Tesla"nın Texasdakı zavodunda istehsal olunan avtomobillər üçün akkumulyatorlar Yaponiya və Çindən, elektronika isə Tayvandan alınır.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar