İlon Maskın milyonlarla dolları Braziliyada yoxa çıxıb.
Bakupost.az xarici KİV-ə istinadən İlon Maska məxsus sosial media nəhənglərindən biri olan X (Twitter) Braziliyada uzləşdiyi sanksiyalardan sonra fəaliyyətini davam etdirmək üçün cərimə ödəməli olub. Vəkillər ödənişi etsə də,məhkəmə ödənişin yanlış bank hesabına edildiyini açıqlayıb.
Nifrət nitqinə nəzarətlə bağlı qərarlara əməl etmədiyi və ölkədə qanuni nümayəndəsi olmadığı səbəbilə avqustun sonundan bəri ən populyar kütləsi olan Braziliyada əvvəllər Twitter kimi tanınan "X"ın fəaliyyəti dayandırılıb. Keçən cümə günü "X" Braziliyada yenidən fəaliyyət göstərmək üçün yeni bir tələb göndərib və bütün cərimələri ödədiyini bildirib.
Elgün, Bakupost