Ru
19:11 / 21 Noyabr 2024

Matviyenko Bakıya gələcək

Matviyenko Bakıya gələcək
Eye

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

"Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq", - məlumatda qeyd olunub.

Bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən parlament xətti üzrə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət müzakirə olunub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar