Ru
11:51 / 26 Noyabr 2024

MAXE və xüsusi təyinatlıların maaşları artırıla bilər - TƏKLİF

MAXE və xüsusi təyinatlıların maaşları artırıla bilər - TƏKLİF
Eye

Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət çəkən və xüsusi təyinatlı hərbçilərin maaşları bir neçə dəfə artırılmalıdır.

Bakupost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın bir neçə dəfə azalır:

“Ona görə də hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə axını daha da stimullaşdıra bilər. Bu siyahıya ictimai təhlükəsizliyimizi qoruyan polis əməkdaşlarını da əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içərisində ən az məvacib alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar