Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə mərhumun oğlu Toğrul Əlizadə “Lent.az”a məlumat verib.
O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.
T.Əlizadə atasının sabah Türkiyədə dəfn ediləcəyini bildirib.
Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları ilə əməkdaşlıq edib.