Ru
11:13 / 03 İyul 2024

Mayk Taysondan Türkiyə millisinə özəl hədiyyə - VİDEO

2049
Məşhur amerikalı bokçu Mayk Tayson Avstriya ilə qarşılaşmadan öncə Türkiyə millisinə xüsusi hazırlanmış, üzərində aypara və ulduz təsviri olan imzalı boks əlcəyi hədiyyə edib.


Bakupost.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, hədiyyəni Türkiyə millisinə Taysonla müxtəlif layihələrdə çalışmış iş adamı Vahap Oğuz Arslan Türkiyə millisinin kapitan Hakan Çalhanoğluna verib.


Məlumata görə, türkiyəli futbolçular Hakan Çalhanoğlu, Arda Gülər, Kənan Yıldız və Uğurcan Çakır Taysona təşəkkür edərək, ona imzalı forma hədiyyə ediblər.


Hakan Çalhanoğlu amerikalı boksçuya göndərdiyi videomüraciətdə "Salam Mayk, bizim də sənə hədiyyəmiz var. Hamımızın imzası olan bir forma göndəririk. İnanırıq ki, bu yarışda əzmlə mübarizə aparacağıq. Bu qələbəni ölkəmiz üçün qazanacağıq” deyib.




Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər