Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir.
Bakupost.az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsində Xocalı rayonunun Ballıca kəndinə köçürüləcək vətəndaşlarla görüş keçirilib. Tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.