Azərbaycanda əhalinin 90%-i köpdən, qıcqırmadan, qastritdən şikayətlənir.
Deyirlər, mədə dözümlü orqandır, amma indiki həyat tərzimiz, qidalar mədə, mədəaltı vəz, bağırsaqlarda yara, xora, daha sonra poliplər, xərçəng şişlərinə gətirib çıxarır.
Bakupost.tv-nin “HəkimPostu"nda bu dəfə qastroenteroloq, hepatoloq Sevindik Arazovdur.
Həkim insanları düşündürən vacib suallara cavablar verib.
- Qastrit xərçəngə çevrilirmi?
- Mədə yeyən bakteriya ailədə necə yayılır?
- Qan analizi ilə qurdları diaqnoz etmək olurmu?
- Həzmsizlik və köpün səbəbləri.
- Mədə-bağırsağı düzgün müayinə üçün hansı aparatdan keçməliyik?
- Hansı qidalar xərçəngə səbəb olur?
- Yediyimiz yağların təsiri?
- Mədə yanmasında dərman, yoxsa soda?
- Stresdən mədə-bağırsaq xəstəliyi yaranırmı?
Ətraflı videoda:
Aparıcı: Günel Novruzi
Redaktor: Aygün Musayeva
Rejissor: Oruc Əlirzayev