Cənubi Afrikadakı Buffelsfontein mədənində qapalı qalan qeyri-qanuni mədənçilərin aclıqdan ölən dostlarının cəsədlərini yeməyə məcbur edildiyi iddia edilib.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, polis qanunsuz mədəni mühasirəyə alan mədənçilərin təslim olmaları üçün ərazinii mühasirəyə alıb.
Təxminən 4 aya yaxındır mədəni tərk etməyən işçilər aclıqdan ölməmək üçün ölən həmkarlarının meyitlərini yeməyə başlayıblar. Bu barədə MACUA İnsan Haqları Təşkilatı mılumat yayıb.
Avqust ayında Cənubi Afrika hökuməti Buffelsfontein qızıl mədənində qanunsuz mədənçiləri həbs etmək qərarına gəlib. Səlahiyyətlilər mədənə basqın edib və bir çox qanunsuz mədənçini həbs ediblər. Lakin bəzi qeyri-leqal işçilər qızıl mədəninin dərininə eniblər.