“Mədəni İnkişafın Təbliği” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Yardımlı rayonunun Qaraqaya kəndində “Ucqar bölgələrdə gender əsaslı fəaliyyətin stimullaşdırılması” layihəsi çərçivəsində bir qrup kənd halisi ilə görüş keçirib.
Bakupost.az xəbər verir ki, 20 nəfərə yaxın kənd sakininin iştirak etdiyi tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq, ucqar bölgələrdə gender probleminin aktuallığını qeyd edərək, problemə cəmiyyətin diqqətinin yönəlmasinin vacibliyini vurğulayıb. Sonra mövzu ilə bağlı hazırlanmış sosial çarx nümayiş olundu.
Mövzu ilə bağlı “Gender bərabərliyi: Bərabər addımlar – uğurlu nəticələr” kitabının müəllifi Samirə Şaqavatova, Gender problemləri üzrə mütəxəssis, təlimçi Vəfa Saleh, “VİP” Mərkəzinin rəhbəri, jurnalist Aygün Hacıyeva geniş məruzə etdilər.
Həmçinin kənd ziyalılarından Eynulla İsmayılov (kənd məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi, tənqidçi-publisist, qiraətçi), Güloğlan İmanov (Rayon Mərkəzi Kitabxanasının əməkdaşı, şair), Sabir Ağayev (şair) mövzu haqqında öz fikirlərini bildirdilər.
Tədbir iştirakçıları ilə aparılan diskussiya xarakterli söhbətlər maraqlı və yaddaqalan oldu.
Elnur
BakuPost