Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya nüvə silahının ötürülməsinin Rusiyaya qarşı hücum aktı kimi qiymətləndirilə biləcəyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, Medvedev bu barədə özünün Teleqram kanalında yazıb.
O, nüvə silahının Ukraynaya ötürülməsinin Rusiyaya qarşı potensial bir hücum hazırlığı olduğunu bildirərək, “Belə silahların ötürülməsi ölkəmizə qarşı həyata keçirilmiş hücum aktına bərabər tutula bilər” deyib.
Medvedevin sözlərinə görə, belə bir hərəkətin nəticələri ciddi olacaq.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin istinadə etdiyi nüvə hücumunun qarşısının alınması sahəsində dövlət siyasətinin 19 prinsipinə əsasən, Rusiya ölkə ərazisinə ballistik raketlərin buraxılması, düşmənin və ya müttəfiqlərinin nüvə və digər kütləvi qırğın silahlarından istifadə etməsi və ya strateji dövlət və hərbi obyektlərə qarşı ciddi təhdidlər yaratdığı hallarda nüvə silahından istifadə edə bilər.
Lalə, BakuPost