Ru
16:25 / 03 İyul 2024

Məhəbbət Kazımovun oğlu Laçına köçəcək

2161
Müğənni Fədayə Laçının doğum günü ərəfəsində mərhum Əməkdar artist Məhəbbət Kazımovun məzarını ziyarət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları müğənninin bu addımını təqdir ediblər.

Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov da olaya reaksiya verib.

O, Bakupost.az -a açıqlamasında Fədayə Laçınla vaxtilə atası ilə birgə işlədiklərini deyib.

R.Kazımov atasının dostlarının daim onu xatırladıqlarını vurğulayıb:

“Dünən mənim telefonum susmayıb. Sənət aləmində olan dostları zəng vurur, atamı xatırlayırdılar. Hamısına təşəkkür edirəm. Dünən atamın məzarını ziyarət etdik”.

R.Kazımov gələcəkdə Laçında, atasının doğuldğu kənddə yaşamağı planlaşdırdığını bildirib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər