Biləsuvar rayonunun Ağalıkənd kəndində 44 günlük Vətən müharibəsində Şuşaya qədər döyüşən, 2022-ci il sentyabr hadisələrində düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşərək şəhid olan Azərbaycan ordusunun Komando briqadasının giziri, "Azərbaycan Bayrağı" ordenli Məhəmməd Bilal oğlu Məmmədovun mövludu ilə əlaqədar geniş tədbir keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə şəhid valideynləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri çıxış edərək Məhəmməd haqqında xatirələrini bölüşüblər. Tədbirdə həm də şəhid Məhəmməd Məmmədovun həyatını və döyüş yolunu işıqlandıran nəfis tərtibatlı "Məhəbbət qürbətə gedərmiş " adlı kitabın təqdimat mərasimi də keçirilib. Kitabı ədəbiyyatsevərlərə bir çox tərcümələri, o cümlədən "O və yerdə qalanlar", "Yerlə göy arasında", "Enmək təhlükəsi" və şəhidlərimizə həsr olunan geniş həcmli "Torpağı Vətən edənlər" kitabları ilə tanış olan Zahir Məlikli qələmə alıb.