Bir müddət əvvəl həmkarının şikayəti ilə həbs edilən tanınmış vəkil Adəm Abbasovun bir neçə sayta və keçmiş müvəkkili Fidan Abbasovaya qarşı şikayətinə baxılıb.
Bakupost.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.
Adəm Məmmədov əvvəlki müvəkkili Fidan Abbasovanın onun barəsindəki açıqlamalarını təhqir və böhtan hesab edib. Həmçinin bir neçə saytı, o cümlədən
Bakupost.az -ı qarşı həmin açıqlamaları yaydığı üçün eyni əsasla məhkəməyə verib.
Lakin məhkəmə şikayətdə yazılanları əsaslı saymayıb.
Fidan Abbasovun vəkili Asim Abbasov faktı
Bakupost.az -a təsdiqləyib.
Onun dediyinə görə, məhkəmənin qərarı ilə Adəm Məmmədovun şikayəti rədd edilib.
Qeyd edək ki, Adəm Məmmədov bir ay əvvəl Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum edilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.