Ru
15:31 / 15 Yanvar 2025

Məhkəmə Azər Qasımlı ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Azər Qasımlı ilə bağlı QƏRAR VERDİ
1557

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciətə baxılıb.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Azər Qasımlının vəkili Aqil Layıc bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar dekabrın 8-də polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Yasamal rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar