Ru
11:49 / 16 Aprel 2025

Məhkəmə-tibb eksperti Özbəkistanda fəxri professor adına layiq görüldü - FOTO

Məhkəmə-tibb eksperti Özbəkistanda fəxri professor adına layiq görüldü - FOTO
Eye




Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi Quliyev Qismət Məsmun oğlu Özbəkistanın Karshi Dövlət Universitetinin Fəxri Professoru adına layiq görülüb.

Bu barədə Bakupost.az Q.Quliyev özü məlumat verib.

Quliyev Qismət Məsmun oğlu 1991-ci il 23 iyul tarixdə Bakı şəhərində ziyalı ailədə dünyaya gəlib. 2009-cu ildə qəbul imtahanında yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə qəbul olub. Universitetin kakültə üzrə Tələbə Həmkarlar Təşkilatının sədri və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrində çalışıb. Tələbə illərində tibbi peşə fəaliyyətinə Mərkəzi Klinikada başlayıb. 2015-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.  
   
2017-ci ildə Rezidentura təhsili ilə birlikdə tibbi peşə fəaliyyətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində” başlayıb.

Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi olaraq tibbi peşə fəaliyyətini davam etdirir. Fəaliyyəti dövründə bir çox sertifikat və diplomlara layiq görülüb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, oğlan övladları var.
 
                                       
 


Məhkəmə-tibb eksperti Özbəkistanda fəxri professor adına layiq görüldü - FOTO
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar