Ru
15:20 / 16 Aprel 2025

Mehman Əliyev jurnalistikadan birdəfəlik gedib - “3 ildir təqaüdçüyəm”

Mehman Əliyev jurnalistikadan birdəfəlik gedib - “3 ildir təqaüdçüyəm”
Eye

Məlum olduğu kimi, bir müddət əvvəl Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırıb. Buna səbəb agentliyin maliyyə problemləri olub. Martın 11-də “Vergilər” qəzetində “Turan İnformasiya Agentliyi” MMC-nin ləğv ilə bağlı kreditorlara müraciət ünvanlanıb. Artıq agentliyin saytına da daxil olmaq mümkün deyil.

Bakupost.az xəbər verir ki, Modern.az Agentliyin ləğvindən sonra təsisçi, tanınmış jurnalist, həmin media qurumunun direktoru olmuş Mehman Əliyevin nə işlə məşğul olduğunu öyrənmək üçün onunla əlaqə saxlayıb.

Mehman Əliyev bildirib ki, hazırda jurnalistika sahəsində fəaliyyət göstərmir: “Yeni media strukturu yaratmaq barədə də düşünmürəm. Gələcəkdə də bu sahədə fəaliyyət göstərməyəcəyəm”.

M.Əliyev bundan sonra hansı fəaliyyətlə məşğul olacağı ilə bağlı suala cavabında isə belə deyib: “Mən artıq 3 ildir ki, təqaüdçüyəm”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar