Ru
17:45 / 12 Aprel 2025

Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR

Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Eye

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.

Bakupost.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.

Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.

Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışılıb.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkib. Bildirib ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.

Sonra Türkiyə Maarif Vəqfinin Kot-d'İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxuyub.

Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Mehriban Əliyeva Antalyada panel iclasında - FOTOLAR
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar