Ru
10:58 / 09 Yanvar 2025

Məktəbdə dalaşan valideynlər ekspertizaya göndərildi

Məktəbdə dalaşan valideynlər ekspertizaya göndərildi
872

Sosial şəbəkələrdə Bakıda məktəbdə valideynlər arasında baş verən insidentin görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirib ki, polis hadisə ilə bağlı araşdırma aparır.

“Dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş vermiş insidentlə bağlı mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə hər iki şəxs ekspertizaya göndərilib.

Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək”, - deyə o əlavə edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar