Ru
23:52 / 05 Fevral 2025

Məktəbdə faciə:17 şagird həlak oldu

Məktəbdə faciə:17 şagird həlak oldu
840

Nigeriyanın Zamfara əyalətinin Kauran Namoda qəsəbəsində məktəbdə baş verən yanğın böyük fəlakətə səbəb olub.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə zamanı alovlar arasında qalan 17 şagird həlak olub.

12 şagirdin isə yanğınlardan yaralı olaraq xilas edildiyi bildirilir. Dövlət rəsmiləri ölən şagirdlərin 7-17 yaş arasında olduqlarını açıqlayıb.

Yanğının səbəbi hələlik bəlli olmasa da, polis hadisə ilə bağlı hərtərəfli araşdırmaya başlayıb.

Hadisə şahidləri bildiriblər ki, alov əvvəlcə bir evdə başlayıb və tez bir zamanda məktəbə keçib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar