Ru
15:17 / 04 Dekabr 2024

Bakıda məktəbdə faciə: Şagird şagirdi bıçaqladı - VİDEO+YENİLƏNDİ

Bakıda məktəbdə faciə: Şagird şagirdi bıçaqladı - VİDEO+YENİLƏNDİ
Eye

Bakı məktəblərindən birində faciəli hadisə baş verib.

Bakupost.az -ın məlumatına görə, Səbail rayonu, Badamdar qəsəbəsindəki 329 saylı məktəbdə təhsil alan şagirdlərdən biri sinif yoldaşı N.M-nı bıçaqlayıb. O, başından, döş qəfəsindən və əlindən xəsarətlər alıb.

Bıçaqlanan şagird təcili xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin necə olduğu açıqlanmır. Əlavə məlumat verəcəyik.

***
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakupost.az -a faktı təsdiqləyiblər. Bildiriblər ki, dekabrın 4-də Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 12:10 radələrində) X sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) qəfildən kəsici alətlə xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib:

"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".

Elnur, BakuPost






Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar