Ru
10:16 / 16 Sentyabr 2024

Məktəbin ilk günündən FOTOLAR

Məktəbin ilk günündən FOTOLAR
Eye

2024-2025-ci tədris ilində Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb.

Bakupost.az “Report”a istinadla xəbər verir ki, yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1 410 şagird təhsil alır.

Ümumilikdə Azərbaycanda 133 mindən artıq şagird birinci sinfə gedir.

Bu il ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Bundan başqa, yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar