Ru
20:37 / 02 İyul 2024

Məktəblərdə adambaşı maliyyələşmə: direktorlar yeni sistemdən baş çıxaracaqmı? - Açıqlama

2018
Elm və təhsil naziri Emin Əmrullayev ilin sonuna kimi məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidin planlaşdırıldığını bildirib.




Onun sözlərinə görə, ki, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək:


"Sınaq uğurlu olsa inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və onun müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".




Bu sistemə keçidin mahiyyəti və üstünlükləri barədə danışan təhsil eksperti Elşən Qafarov Bakupost.az -a bildirib ki, prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri isə sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir.


Ekspert bildirib ki, təhsil, o cümlədən ümumtəhsil haqqında qanunlarda göstərilib ki, hər bir təhsil müəssisəsində təhsilalanlar Nazirlər Kabinetinin müəyyən etdiyi normativlər əsasında maaliyyələşir.


Onun sözlərinə görə, 13 iyun 2024-cü ildə Nazirlər Kabinetinin 300 nömrəli qərarıyla publik hüquqi şəxs olan dövlət və bələdiyyə ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olunub:


"Ölkədə ümumtəhsil məktəblərinin 13 növü var və iki tipə - internat tipi olan və İnternat tipi olmayanlara bölünürş Növünə və tipinə uyğun olaraq, hər bir təhsilalan normativ əsasında maliyyələşir və həmin normanı da Nazirlər Kabineti müəyyən edir. Nəzərə alsaq ki, 2011-ci ildə ölkədə ali və orta ixtisas müəssisələri, 2019-cu ildən peşə təhsil müəssisələri adam başına düşən maliyyələşmə hesabına maliyyələşib. Bunun artıq ümumtəhsil pilləsində də həyata keçirilməsi qanunvericiliyə uyğundur”.


Ekspert elm və təhsil nazirinin bir müddət öncə 2026-cı ildən başlayaraq, ilk olaraq 100 məktəbdə pilot olaraq adambaşına düşən maliyyələşmə sisteminə keçidi elan etdiyini deyib:


“Amma görünən odur ki, prosesi sürətləndirməklə bağlı tapşırıq olub. Ona görə də nazir dünənki çıxışında bildirdi ki, dekabrın sonundan ilk məktəblər üçün bu prosesə başlayacaqlar. Bu isə çətin və mürəkkəb prosesdir. Biz nəzərə almalıyıq ki, ölkədə 45 ali məktəb, 34 peşə təhsil müəssisələri, 51 kollec var. Bunların sayı az olduğu üçün adambaçına maliyyələşmə sisteminə keçidii də sürətlə başlayır. Amma ölkədə 4399 dövlət ümumtəhsil məktəbi var və ilk növbədə yaxın ərazidə olan kiçik məktəblərin daha böyük məktəblərə birləşdirilməsi prosesi başlamalıdır. Bunun mexanizmi müəyyən olunmalıdır”.


Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər