"Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir sözügedən yoxlamaların iki istiqamətdə aparıldığını qeyd edib.
O əlavə edib ki, məktəblərdə yaşıl dünya və ətraf mühitlə bağlı dərslər keçiriləcək. Hazırda bununla bağlı işlər aparılır.