Ru
16:45 / 16 Sentyabr 2024

Məktəblilərə də təqaüd verilsin - Tahir Kərimli

1636
“Orta ümumtəhsil məktəblərində məktəblilərə də təqaüd verilməsi yaxşı olardı. Şagirdlər əla oxuyanlar, yaxşı oxuyanlar kateqoriyasına bölünsünlər. Buna uyğun onlara təqaüd verilsin. Necə ki ali məktəblərdə tələbələrə təqaüd verilir”.

Bakupost.az pravda.az-a istinadla xəbər verir ki, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar:

“Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda "uşaqpulu" verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar