Dünən Yasamalda qadının evini başına uçurulması ilə bağlı saytımızda yayımladığımız materialda “Melisa Qrup”un rəhbəri kimi təqdim edilən şəxsə aid foto səhv verilib.
Məqalədə Qalib Məmmədov kimi təqdim edilən şəxs əslində Mehdiyev Faiq Fəman oğludur. Bu yanlışlıq ciddi narahatlığa səbəb olub.
Faiq Mehdiyev saytımıza açıqlamasında bildirib ki, o, vaxtilə “Melisa Qrup”da çalışıb, amma heç vaxt şirkətin rəhbəri olmayıb. Görünür, elə buna görə də internetdə “Melisa Qrup” rəhbəri Qalib Məmmədov haqqında axtarış verildikdə, səhvən Faiq Mehdiyevin fotosu çıxır.
Baş verən texniki yanlışlığa görə Faiq Mehdiyevdən və oxucularımızdan üzr istəyirik.
Fotoda Faiq Mehdiyev
Fotoda “Melisa Qrup”un rəhbəri Qalib Məmmədov