Ru
17:20 / 15 Mart 2025

Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək

Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək
Eye

İtaliya Ukraynada mümkün hərbi missiyada iştirak etməyi planlaşdırmır.

Bakü post.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin çağırdığı və 25-ə yaxın Qərb ölkəsinin liderlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş videokonferansında iştirak edən İtaliya hökumətinin sədri Corcia Meloninin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir İtaliyanın avropalı tərəfdaşlar və ABŞ ilə birlikdə Ukrayna üçün möhkəm və effektiv təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üzrə işləri davam etdirmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin ölkəsinin mümkün hərbi missiyada iştirakının nəzərdə tutulmadığını diqqətə çatdırıb", - bəyanatda bildirilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar