Ru
20:24 / 10 Aprel 2025

Məmurlara sosial şəbəkə ilə bağlı CİDDİ QADAĞALAR

Məmurlara sosial şəbəkə ilə bağlı CİDDİ QADAĞALAR
Eye

Rusiyanın Surqut şəhərinin meri Maksim Slepovun bələdiyyə işçilərinin yenilənmiş etik kodeksi haqqında sərəncamı maraqla qarşılanıb. Belə ki, sənəddə bir sıra qadağalar əksini tapıb.

Bakupost.az "Qazeta"ya istinadən xəbər verir ki, sənəddə bəzi məqamlar bələdiyyə işçilərinin sosial şəbəkələrdə davranışlarına aiddir. Onlara dəbdəbə nümayiş etdirməmək tövsiyə olunur.

“Əyləncə və qumar müəssisələrindən, bahalı avtomobillər və interyerlər fonunda foto və videolar yaymaq, dəbdəbəli əşyalar nümayiş etdirmək qadağandır”, - kodeksdə deyilir.

Bundan əlavə, bələdiyyə işçiləri jarqon və kobud sözlərdən istifadə etməməlidir. Onlara siqaret və ya spirtli içkilərlə fotoları paylaşmamaq da qadağan edilib. İşçilər maraqların toqquşmasından qaçmağa və dəyəti üç min rubldan çox olan hədiyyələri almamağaçağırılır. Sənəddə xarici görünüşlə bağlı tövsiyələr də var. Geyim “işgüzar, ciddi, ənənəvi və səliqəli” üslubda olmalıdır.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar