Ru
11:02 / 09 Aprel 2025

Mənzil bazarında qiymət artımının əsas səbəbi... - Açıqlama

Mənzil bazarında qiymət artımının əsas səbəbi... - Açıqlama
Eye

“Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən, qəzalı vəziyyətdə və aşınma dərəcəsi çox yüksək olan bina və tikililəri əhatə edir. Şəhərin mərkəzində istismar müddəti keçmiş binaların sökülərək yerində yenisinin tikilməsi mənzil bazarındakı qiymətlərə ciddi şəkildə təsir edib”.


Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, mənzil bazarında qiymət artımına əsas səbəbi köhnə binalar sökülərkən tikinti şirkətlərinin ev sahibinə mümkün qədər yeni mənzil vermək əvəzinə pul ödənişi etməsidir:

"Bu da bazarda süni qiymət artımına gətirib çıxarır".

Ekspert əlavə edib ki, sökülən binaların yerində yeni və müasir tikililərin inşa edilməsi daha yaxşı infrastruktur və xidmətlərlə yanaşı, daha yüksək qiymətlər yaradır:

"Yeni mənzillərin yüksək keyfiyyəti, daha yaxşı şəraiti alıcıların marağını artırır və qiymətlərin yüksəlməsinə təsir edir".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar