Hazırda sosial təminatı aşağı olan insanların nağd ödənişlə mənzil almaq imkanı yoxdur. İpoteka faizlərinin yüksək, şərtlərin isə ağır olması oları bu imkandan da məhrum edir.
Bəs, mənzil problemini necə həll etmək mümkündür?
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu halda yeganə çıxış yolu sosial ipoteka yolu ilə mənzil əldə etməkdir:
O, Bakupost.az -a deyib ki, hər il sosial ipotekaya çox az həcmdə vəsait ayrılır:
"Ona görə də az saylı insanlar bundan istifadə edə bilirlər. Düşünürəm ki, burada əsas məsələ sosial ipotekanın genişləndirilməsi olmalıdır. İkincisi, regionlarda mənzil kreditləri tamam başqa şərtlərlə verilməlidir. Kreditləşmənin regionlarda daha geniş yayılmasına çalışmaq lazımdır. Bu, Bakının yükünün azaldılmasına səbəb ola bilər. Bunun üçün mənzil və tikinti bazarı genişlənməli, regionlarda iqtisadi fürsətlər, iş yerləri yaradılmalıdır. Bununla da Bakıdan köç başlayar və regionlarda gənc ailələrin mənzil problemini həll etmək olar”.
Sevinc,
BakuPost
Rayonlarda iş yoxdur,ipotekanı alanlar nə ilə ödəyəcəklər, o yolu göstərsin Natiq müəllim.