Ru
11:54 / 03 Yanvar 2025

Meqan Markl yenidən instaqramda - FOTO

Meqan Markl yenidən instaqramda - FOTO
Eye

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl instaqrama geri dönüb.

Bakupost.az xəbər verir ki, Meqan bir vaxtlar çox aktiv olduğu bu sosial şəbəkəyə “Meghan” adı ilə qoşulub.

43 yaşlı Meqan ilin ilk günündə öz hesabında çimərlikdə qaçarkən çəkilən videosunu yayımlayıb. Paylaşımında şərhləri də deaktiv etməsi diqqətdən yayınmayıb.

Xarici mətbuatda yayılan məlumata görə, video Şahzadə Harri tərəfindən Kaliforniyada, cütlüyün evinin yaxınlığındakı çimərlikdə çəkilib.

Bundan başqa, Meqanın instqramdakı hər paylaşımı üçün “ən azı” 1 milyon dollar qazanacağı da deyilir. Marklın dünyanın ən çox qazanan sosial media istifadəçilərindən biri olacağı düşünülür.

Meqan Marklın hazırda 100 mindən çox izləyicisi var, lakin özü heç kimi izləmir.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar