Ru
14:02 / 03 İyul 2024

Merih Dəmiral “bozqurd” işarəsinə görə cəzalandırıla bilər

1868
UEFA Türkiyə millisinin futbolçusu Merih Dəmirala qarşı intizam işi açıb.

Bakupost.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna müdafiəçinin Avropa çempionatının 1/8 final oyununda Avstriya yığmasının qapısına vurduğu qolu “bozqurd” işarəsi ilə qeyd etməsi səbəb olub.


Avropa futbol qurumu həmin hərəkətə görə araşdırmalara başlayıb. Məsələ ilə bağlı yekun qərar yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Avstriya ilə matçda (2:1) Türkiyə millisinin hər iki qoluna Merih Dəmiral imza atıb. “Ay-ulduzlular” bu nəticə ilə 1/4 finala vəsiqə qazanıblar.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər