Ru
02:44 / 03 İyul 2024

Merih Demiralın "BOZQURD" işarəsi sosial medianı çalxaladı - FOTO

2314
Avropa Çempionatının 1/8 finalında Avstriya millisinin qapısına 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın "BOZQURD" işarəsi göstərməsi böyük diqqət cəlb edib.

Bakupost.az Türkiyənin sosial mediasına istinadən xəbər verir ki, Avstriya dövləti öz torpaqlarında "BOZQURD" işarəsi göstərməsini yasaqlayıb. Bunun qarşılığında Merih Demiral Avstriyanın qapısına qol atandan sonra məhz bu yasağın acığına "BOZQURD" işarəsi göstərib.

Merih Demiral həmçinin müsahibə verərkən də sözlərinə "Nə mutlu Türkəm deyənə!" sözləri ilə başlayıb.

Hazırda sosial medianın Türkiyə seqmentində çağırışlar edilir. Sosial media istifadəçiləri "Merihi yalnız buraxmayaq, yap bir Bozqurd, dünya görsün" şüarı ilə futbolçuya dəstək verirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər