Ru
17:21 / 06 Fevral 2025

Merkel Ukrayna məsələsində Şoltsa haqq qazandırdı

 Merkel Ukrayna məsələsində Şoltsa haqq qazandırdı
701

Almaniyanın keçmiş kansleri Angela Merkel Olaf Şoltsun ​​"Taurus" qanadlı raketlərini Ukraynaya verməkdən imtina etməsinə anlayışla yanaşdığını bildirib.

Bakupost.az Almaniyanın NTV telekanalına istinadən xəbər verir ki, Xristian Demokrat İttifaqının siyasətçisi kanslerin belə bir qərar verməsinin şübhəsiz ki, səbəbləri olduğunu deyib. O, həmçinin qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Co Bayden özünün “çox balanslı” qərarları ilə Ukraynaya hansı silahların verilməli, hansının isə verilməməli olduğunu nümayiş etdirib:

"Doğru olan odur ki, biz Ukraynanı necə dəstəkləyə bilərik ki, o, suveren demokratik dövlət olaraq qalsın, belə ki, Rusiya bu müharibədə qalib gəlməsin və buna baxmayaraq, ehtiyatla hərəkət edək. Mən buna simpatiya ilə yanağıram".

Zaur, BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar