Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:41 / 28 Noyabr 2024

Mərkəzi Bankın ehtiyatı azaldı: Hansı mənfi təsirlər gözlənilir?

612


“Məlum olduğu kimi, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olub. Bununla da, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalıb. Mərkəzi Bank bir müddət elan etmişdi ki, dövlətin Qarabağdakı layihələrlə bağlı və s. xərcləri var. Bu səbəbdən də sözügedən tələbləri ödəmək üçün müvəqqəti inteqrasiyalar edəcək".

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Xalid Kərimli deyib.



Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasının valyuta gəlirlərinin azaldılmasına və ya tədiyyə balansına mənfi təsiri yoxdur:

"Nəzərə alsaq ki, tədiyyə balansı hələ profisitli deyil, ona görə də bu baxımdan Mərkəzi Bankın indiki ehtiyatının azaldılmasının sırf psixoloji təsirləri ola bilər”.

O qeyd edib ki, bu məsələlərin real iqtisadi proseslərə təsiri olmayacaq:
“Yaxın aylarda hansısa ciddi mənfi təsirlər gözlənilmir. Mərkəzi Bank bu pulu zaman-zaman iqtisadiyyatdan, hərraclardan toplayıb, ona görə də burdakı tendesiyalar ciddi problem yaratmayacaq”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar