Ru
00:11 / 23 Noyabr 2024

Məscidə gələn 12 dindar qətlə yetirildi

Məscidə gələn 12 dindar qətlə yetirildi
Eye

Əfqanıstanın şimalındakı Bəğlan əyalətində naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib.

Bakupost.az xəbər verir ki, bu barədə “Khaama press” portalı mənbələrə istinadən məlumat yayıb.

“Mənbələr Bəğlan əyalətinin Nəhrin rayonunda naməlum silahlıların atəş açması nəticəsində 12 nəfərin həlak olduğunu bildiriblər”, - materialda deyilir.

Portalın məlumatına görə, insident cümə axşamı axşam saatlarında baş verib. Qeyd olunub ki, bir qrup silahlı şəxs Seyid Padşah Ağa ziyarətgahına soxularaq namaz qılan müsəlmanları güllələyib.

Hələlik heç bir ekstremist qrup bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar