Ru
13:39 / 01 İyul 2024

Məşhur aktrisa ekranlara geri dönür - Bu serialda rol alacaq

1366
Türkiyəli məşhur aktrisa Mələk Baykal ekranlara geri qayıdır.

Bakupost.az xəbər verir ki, “Cennet Mahallesi”ndə canlandırdığı Pembe obrazı ilə daha da məşhurlaşan Melek Baykal zaman-zaman yeni proyektlərdə ekranlarda görünməyə davam edib.

Sonuncu dəfə "Star TV"də yayımlanan "Yan Oda"da rol alan aktrisa serialın erkən bitməsi ilə ekranlara vida edib. Daha sonra heç bir serialda rol almayan Baykal Kanal D-nin iddialı serialı ilə ekranlara qayıtmağa hazırlaşır.

Xəbərə görə, Kanal D ekranlarının rekord qıran serialı Yılmaz Ərdoğanın yazıb baş rolda çəkildiyi “İnci Taneleri” serialının aktyor heyətinə ustad aktrisa Mələk Baykal da qoşulur. Serialda Baykal bir vaxtlar köşkdə işləyən, illər sonra köşk sahibi olan qadını canlandıracaq.


Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər