Hollivud ulduzu Riçard Çemberlen vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə amerikalı aktyorun dostu Martin Rabbet məlumat yayıb:
“Əziz Riçard indi mələklərin yanındadır. O, bizdən əvvəl sevdiklərinin yanına gedir. Belə gözəl və sevgi dolu bir ruhu tanımaq böyük xoşbəxtlik idi”.
Qeyd edək ki, “Qızıl Qlobus” mükafatlı aktyor “Keçmişi olmayan adam”, “Qraf Monte Kristo”, “Süleymanın xəzinəsi”, “Kildare”, “Şoqun” və “Quşların qəzəbi” kimi ekran işlərində rol alıb.
Sabah onun 91 yaşı tamam olacaqdı.