Xərçəng xəstəliyindən müalicə olunan türkiyəli aktyor və şair Yavuz Çətin dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, sənətçi bu gün Amasyada keçiriləcək dəfn mərasimi ilə torpağa tapşırılacaq.
Yavuz Çətin bir müddətdir mübarizə apardığı xərçəng xəstəliyindən sonra 65 yaşında həyatını itirib.
Onun ailəsi üzücü xəbəri sosial media hesablarında açıqlayıb. Evli və iki uşaq atası olan Yavuz Çətin bu gün II Sultan məscidində qılınacaq cənazə namazından sonra torpağa tapşırılacaq.