Hansı bank etibarlıdır? - SORĞU
Ru
09:18 / 15 İyul 2024

Məşhur aktyor yeni sevgilisi ilə öpüşərkən görüntüləndi - FOTO

3925

Türkiyəli aktyor Can Yamanın rəqs müəllimi ilə səmimi görüntüləri yayılıb.


Bakupost.az xəbər verir ki, bir müddətdir Türkiyədə heç bir layihədə yer almayan və karyerasını xaricdə davam etdirməyə qərar verən Can Yaman şəxsi həyatı ilə gündəmə gəlib. Uzun müddətdir İtaliyada olan Yaman rəqs müəllimi ilə qucaqlaşarkən kameralara tuş gəlib.

Ötən axşam əylənmək üçün kluba gedən cütlük dodaq-dodağa görüntülənib.

Qeyd edək ki, dünyaca məşhur aktyora çevrilən Can son aylarda Dubayda bir ailədən şam yeməyi təklifi alıb. Yamanla görüşüb nahar etmək istəyən ailə ona 1 milyon avro təklif edib. Lakin Yaman bu təklifi karyerasına uyğun gəlmədiyini əsas gətirərək rədd edib.

Aktyor bir müddət əvvəl 11 milyon izləyicisi olan İnstaqram hesabını tamamilə bağlamışdı.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar