Ru
20:37 / 05 Fevral 2025

Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldı? - YENİLƏNİB

 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldı? - YENİLƏNİB
4040

17.58

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, məşhur plastik rekonstruktiv cərrah, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.

Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi. Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var.

D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.

***
20.37

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Dilqəm Məhərrəmovun vəkili bildirib ki, müvəkkilinə sertifikasiya şəhadətnaməsinin verilməməsi barədə xəbərlər həqiqəti əks etdirmir. O əlavə edib ki, sabah məsələ ilə bağlı sənədləri mediada yayacaqlar.


Aygün, BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar