Ru
17:18 / 21 Aprel 2025

Məşhur cərrah türk ölkələri ilə əlaqələrini dondurdu - SƏBƏB

Məşhur cərrah türk ölkələri ilə əlaqələrini dondurdu - SƏBƏB
Eye

Türkiyənin dünyaca məşhur cərrahlarından olan Başkent Universitetinin sahibi, sabiq millət vəkili, professor Mehmet Haberal Güney Kıbrısla (Yunan Kipri) əlaqələrini yeni səviyyəyə qaldıran türk dövlətləri ilə institusional əlaqələrini dondurub.

Bakupost.az xəbər verir ki, “Sabah” qəzetinin yazarı Yavuz Donat bu qərarı Haberalın çağırdığı Başkent Universiteti Senatının verdiyini bildirib.

Yavuz Donat mövzu ilə bağlı köşə yazısında bildirib:

“Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Cənubi Kiprdə səfirlik açmağa qərar verincə...

Professor Doktor Mehmet Haberal Başkent Universitetinin Senatını toplayıb. Birincisi... Qınama. Sonra... “Bu dörd ölkə ilə münasibətlərin dondurulması” qərara alındı. Prof. Haberal dünya səviyyəli dəyərdir... Sayılıb-seçilən elm adamıdır.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda konfranslar keçirib. Böyrək və qaraciyər əməliyyatları edib. Amma... Dörd ölkənin rəhbərliyi Kipr türklərini incidən qərar qəbul edəndə... Haberal Hoca buna dözə bilmədi... O, reaksiya verdi”.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar