"İnter Mayami"nin ulduz futbolçusu Luis Suares intihar edən şəxsi xilas edib.
Bakupost.az -ın "Marka"ya istinaən xəbərinə görə, uruqvaylı futbolçu həyat yoldaşı Sofiya Balbi ilə ölkəsində tətildə olarkən intihara cəhdin qarşısını alıb.
Bildirilir ki, Suares və həyat yoldaşıla dincələrkən 49 yaşlı kişi 6 metr hündürlüyündəki ağaca dırmaşaraq özünü yerə atmaq istəyib. Hadisə ilə bağlı xilasedicilər hərəkətə keçib və ərazidə olan Suares də xilasetmətə iştirak edib.
Ağaca çıxan kişi arvadı gəlməsə, intihar edəcəyini bildirib və 20 saatlıq danışıqlardan sonra razılaşaraq ağacdan endirilib. Kişini razı salmaqda Suaresin də rolu olduğu vurğulanıb.
Elgün, BakuPost