AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.
Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə “Neftçi” komandasında, müxtəlif illərdə Bakının və Gəncənin “Dinamo”, həmçinin “Neft daşları” komandasında oynayıb.