1990-cı illərdə şöhrət qazanan britaniyalı supermodel Corcina Kuper 46 yaşında dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə “Post” məlumat yayıb.
Bildirilib ki, Kuper evləndikdən (o, iyun ayında ailə qurub – red.) bir neçə ay sonra Yunanıstanın Kos adasında tətildə olarkən vəfat edib. Mənbə bildirib ki, o, evə uçmazdan bir gün əvvəl qəfil xəstələnib.
Dərhal Kos adasındakı əsas xəstəxanaya yerləşdirilsə də, vəziyyəti o qədər ağır olub ki, təcili tibbi yardım təyyarəsi ilə Kritə aparılıb və ölümündən əvvəl 5 gün reanimasiyada qalıb.
Onun ölümünə səbəb olan xəstəliyinin nə olduğu açıqlanmır.
Kuperin cənazəsi daha sonra İngiltərəyə göndərilib.