Beyonsun əri, reper Jey Zi 3 milyon dollarlıq saat taxaraq futbol meydançasına çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə WWD məlumat yayıb.
Qeyd olunur ki, reper Jay-Z Super Bowl-da Richard Mille-dən nadir RM66 Flying Tourbillon Rockstar saatı taxaraq göründü. Dünyada bu saatlardan cəmi iki cütü var və onların dəyəri 3 milyon dollar qiymətləndirilir.
2024-cü ilin sonunda reper qalmaqalların mərkəzində oldu. Dekabrın 9-da daha çox Jey-Zi kimi tanınan Şon Karter səhnə adı P.Diddi olan Şon Kombs ilə birlikdə 2000-ci ildə 13 yaşlı qıza təcavüz etməkdə günahlandırıldı. Bunun Nyu-Yorkda MTV Video Musiqi Mükafatları mərasimindən sonra keçirilən ziyafətdə baş verdiyi güman edilir. Jurnalistlərin sözlərinə görə, azyaşlı biletsiz gəlib və P.Diddinin skautları tərəfindən tutulub.
Zaur, BakuPost