Ru
12:34 / 22 Aprel 2025

Məşhur şairin adını daşıyan küçəyə qan axıdılır - FOTOLAR

Məşhur şairin adını daşıyan küçəyə qan axıdılır  - FOTOLAR
Eye

Bir həftə əvvəl Bakıda yaşan güclü yağış şəhərin bütün kənd və qəsəbələrini iflic etdi. Bu barədə görüntülər sosial şəbəkələrdə viral oldu. “Təbiət fənni”ni yaxşı bilməyənlərin çəkdiyi kanalizasiya xəttlərinin ötürücülük funksiyası işləmədi. Bu, ilk idi? Yox! Bu, son olacaq. O da yox! Hadisədən bir neçə gün öncə Bakı meri bu məsələyə toxundu və "çıxış yolu" təklif etdi: şiddətli yağışlar yağan zaman tunellər bağlansın, onlardan istifadəyə məhdudiyyət qoyulsun. Merin dediklərinin "çıxış yolu" olmadığı da bəllidir . Ancaq təbii ki, bu ayrı bir söhbətin mövzusudur.

Yazının girişində dediyimiz kimi, Bakının kənd və qəsəbələrini iflic qoyan yağış, kim deyər ki, bir də yağmayacaq. Yağacaq da, kanalizasiyalar dolub daşacaq da...

Elə bu yazıda da Bakının bir addımlığında - cəmi 10 kilometirliyində olan, insanların sıx məskunlaşdığı bir qəsəbəsindən danışacağıq.
Kanalizasiyaların dolub insanların evlərinə daşdığı ərazidən. İndi elə şəkil təqdim edəcəyik ki, adam çaş-baş qalır. Burada insan öldürüblər? Bu, nədir belə? Qan küçələri al-qırmızıya boyayıb.


Fotonun çəkildiyi ünvan Masazır qəsəbəsi, Əliağa Vahid küçəsidir. Heç olmasa şairin adından utanmalı idilər.

Sakinlərin saytımıza verdiyi məlumata görə, bütün günü lüklardan qan axır. Ətrafa axan qan üfunət yayır. Bu barədə isə tədbir görən yoxdur.

Bəs, tədbiri kim görməlidir? Dövlət qurumları məsuliyyəti biri-birinin üzərinə atır.

Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov Bakupost.az -a deyib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başalanılacaq. Adıçəkilən qurumdan o da bildirildi ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezlikdə ciddi tədbirlər görüləcək. Sakinlər həmçinin kəsilən heyvanın qanının küçəyə axması problemi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etməyi planlaşdırırlar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ünvandakı bu vəziyyət tullantı su xəttinə heyvan hissələrinin atılması nəticəsində yaranır:

"Şəbəkəyə atılan heyvan qalıqları xətti tutur və ətrafa qanlı tullantı suyu axır. Nəzərə çatdıraq ki, bu hal bir müddət öncə də baş verib, müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilərək xəttin fəaliyyətini bərpa ediblər. Vətəndaşların diqqətinə xüsusilə çatdırırıq ki, tullantı su şəbəkəsi yalnız tullantı suyunu axıtmaq funksiyasını daşıyır".

Yaxşı, ət kəsimi məntəqələri iaşə suyunu hara axıtmalıdır? Ət satışı yerlərinin axıtdığı su tullantı suyu sayılmır?

Bu suallara cavab tapmaq çox müşkül məsələdi.

Görünən isə odur ki, sakinlər hələ də, bu vəziyyətə dözməlidilər...

Şairin bu misralarını qurumların oxuması yerinə düşərdi:

Kimsə yox sakit otursun qulaq assın sözümə,
Qalmışam matu-məətəl kimə irad eləyim?

Aygün,BakuPost



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar