Yazıçı Stiven Kinq Los-Ancelesdəki faciəyə görə "Oskar" mükafatının təqdimetmə mərasiminin ləğvini tələb edib.
Bakupost.az xəbər verir ki, yazıçı bu barədə özünün “Bluesky” profilində bildirib.
"Mən bu il "Oska"rda səs verməyəcəyəm. Fikrimcə, onu ləğv etmək lazımdır. Los-Anceles alov içindədirsə, heç bir parıltı ola bilməz", - deyə "Qorxuların Kralı" ləqəbli yazıçı qeyd edib.
Bir sıra internet istifadəçiləri Kinqin mövqeyi ilə razılaşmayıblar. Şərhlərdə qeyd edilib ki, mərasimə hələ bir ay var və həmin vaxta qədər şəhərdəki vəziyyət stabilləşəcək. İstifadəçilər "Oskar" mərasiminin Los-Anceles sakinlərinin "fikrini yayındırması və mənəvi yüksəlişü üçün" stimul olacağını düşünürlər.
Qeyd edək ki, "Oskar" mükafatının təqdimetmə mərasimi 2 mart 2025-ci ildə keçiriləcək.
Lalə, BakuPost