MLS klubu "İnter Mayami" və hücumçu Lionel Messi ilə yeni müqavilə barədə razılığa gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Messi ilə yeni müqavilə 2026-cı ilin sonuna qədər qüvvədə olacaq.
Müqavilədə, Messinin optimal formada qalması üçün MLS-də mövsümlərarası fasilə zamanı Avropa klubuna icarəyə getməsinə imkan yaradacaq xüsusi bənd yer alıb.
Qeyd edək ki, Messi 2023-cü ilin yayında MLS-də çıxış edən "İnter Mayami" klubuna keçib. O, 2023-cü ilin 20 avqustunda ABŞ-da ilk kubokunu – Liqa Kubokunu qazanıb. 2022-ci ilin dekabrında isə Messi Argentina yığmasının tərkibində dünya çempionu olub. O, millinin tərkibində 100-dən çox qol vurub.
Lalə, BakuPost