"İnter Mayami"nin hücumçusu Lionel Messi martda keçiriləcək DÇ-2026-nın seçmə mərhələsi üçün Argentina millisinin 37 nəfərlik heyətindən kənarda qalıb.
Bakupost.az xəbər verir ki, siyahı milli komandanın rəsmi saytında dərc olunub.
37 yaşlı futbolçunun zədə səbəbindən martda keçiriləcək dünya çempionatının seçmə oyunlarını buraxacağı bildirilir.
Messi "Barselona"nın yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının, Argentina ilə 2022-ci il Dünya Kubokunun qalibi olub. İki dəfə Amerika Kubokunun qalibi olan Messi səkkiz dəfə "Qızıl top"u qazanıb.
Zaur,BakuPost